DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu – Özləri qayıdacaqlarbackend

DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu - Özləri qayıdacaqlar

Uruqvay Futbol Assosiasiyası (AUF) 2026-cı il dünya çempionatının qrup mərhələsində mübarizəni dayandıran milli komanda üçün nəzərdə tutulmuş çarter reysini ləğv edib.

KONKRET.az Uruqvay mətbuatına istinadən xəbər verir ki, komandanın Meksikanın Playa-del-Karmen şəhərindəki bazasından Montevideoya planlaşdırılan xüsusi reysi baş tutmayacaq.

Nəticədə futbolçular və məşqçilər korpusu ölkələrinə ayrı-ayrılıqda kommersiya aviareysləri ilə qayıtmalı olacaqlar.

Qeyd edək ki, ikiqat dünya çempionu olan Uruqvay mundialda uğursuz çıxış edib. Marselo Byelsanın komandası qrup mərhələsində Səudiyyə Ərəbistanı və Kabo-Verde ilə heç-heçə edib, son turda isə İspaniyaya 0:1 hesabı ilə uduzaraq qrupu sonuncu pillədə başa vurub və pley-offa yüksələ bilməyib.

AUF çarter reysinin ləğvi ilə bağlı rəsmi səbəb açıqlamayıb. Yerli KİV-lər qərarın komandanın uğursuz çıxışından sonra verildiyini bildirirlər.\\“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*