“Rembo” malikanəsini ingilis müğənniyə satdı – FOTObackend

"Rembo" malikanəsini ingilis müğənniyə satdı - FOTO

“Rembo” və “Rokki” filmlərinin ulduzu Silvestr Stallone Beverli Hillsdəki dəbdəbəli malikanəsinə alıcı tapıb. 

KONKRET.az xəbər verir ki, dünya şöhrətli aktyor Silvester Stallone evini ingilis müğənni Adeləyə satıb. Adele malikanəyə təxminən 58 milyon dollar ödəyib.

Adelin aldığı lüks malikanə 18587 kvadratmetrdir. ABŞ memarı Riçard Landri tərəfindən layihələndirilən evdə 8 yataq otağı və 12 vanna otağı var.

1994-cü ildə tikilmiş malikanə 3,5 hektar ərazidə yerləşir. Əvvəllər aktrisa Lisa Vanderpump və musiqiçi Rod Stüart da bu məhəllədə malikanəyə sahibdirlər.

Qeyd edək ki, “Rembo” və ‘Rokki’ filmlərinin ulduzu Silvestr Stallone 90-cı illərdə aldığı malikanəsini ilk olaraq 110 milyon dollara satışa çıxarsa da, alıcı tapa bilməmişdi.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*