“İş yerlərinin açılması cəmiyyətdəki psixoloji gərginliyinin ortadan qaldırılması baxımından da faydalı olar”backend

“İş yerlərinin açılması cəmiyyətdəki psixoloji gərginliyinin ortadan qaldırılması baxımından da faydalı olar”

Yazgül Abdiyeva

Yazgül Abdıyeva: “Təbii ki, bu, müəyyən şərtlər daxilində mümkündür”

“Hər kəs qaydalara ciddi şəkildə əməl etməkdə davam etməli, atdığı hər addıma məsuliyyətlə yanaşmalıdır”

Məlum olduğu kimi, avqustun 5-dən etibarən Operativ Qərargah karantin qaydalarının qismən yumşaldılması ilə bağlı addımlar atıb, sms məhdudiyyəti ləğv edilib. Bəs koronavirusla mübarizədə müsbət dinamikanın müşahidə olunduğu indiki məqamda karantin qaydalarının bir qədər də yumşaldılması mümkündürmü? Ictimai iaşə obyektlərinin, iş yerlərinin açılması hansı nəticələrə səbəb ola bilər? İş yerlərinin açılması fonunda insanların sağlamlığını qorumaq, yoluxma hallarının artmasını əngəlləmək olarmı?

KONKRET.az xəbər verir ki, moderator.az-a açıqlama verən “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, müəyyən şərtlərə əməl etməklə, yumşaltma təbbirlərini davam etdirməyin mümkün olduğunu vurğuladı:

“Rəsmi statistikadan göründüyü kimi, son günlər ölkəmizdə pandemiyaya qarşı mübarizədə müsbət dinamika əldə edilməkdədir. Hansı ki, belə bir nəticənin əldə edilməsi hər şeydən öncə həkimlərimizin fədakar əməyi, onların böyük səyi və zəhməti sayəsində mümkün olub. Bunu ölkə başçısı bugünkü konfransda da vurğuladı və həkimlərimizin əməyinə yüksək qiymət verdi.

Hesab edirəm ki, indiki məqamda yumşaltma tədbirlərinin mərhələli şəkildə davam etdirilməsi mümkündür. Lakin bu, o halda ola bilər ki, hər kəs bundan sonra da qaydalara ciddi şəkildə əməl etsin, qaydaları pozan, karantin qaydalarına məsuliyyətsiz yanaşan şəxslər məsuliyyətə cəlb edilsin, açılan bütün obyektlər, ictimai iaşə müəssisələri, ticarət obyektləri üzərində ciddi nəzarət tətbiq olunsun. Çünki proseslərin gedişatı insanların davranışından, onların karantin qaydalarına nə dərəcədə ciddi əməl etməsindən asılıdır.

Şübhəsiz, burada söhbət yalnız o obyektlərin açılmasından gedir ki, onlar lazımi standartlara cavab verir, habelə, bu obyektlərdəki iş prosesi karantin qaydalarına uyğun şəkildə təşkil olunur. Bu obyektlərin açılması insanların sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərməklə yanaşı, ölkənin iqtisadi həyatında aktivliyi, müsbət dinamikanı da təmin edər. Həmçinin, bu cür obyektlərin fəaliyyətinə çevik və konkret standartlar əsasında nəzarət etmək üçün müvafiq tədbirlər planı da hazırlana bilər. Məsələn, restoran və kafelərdə masalar arasında məsafənin ən az 1,5 metr, stullar arasında isə 60 sm olması, bütün avadanlıqların hər müştəridən sonra dezinfeksiyaedici məhlulla silinməsi, süfrədə birdəfəlik duz, salfet, dezinfeksiyaedici gelin qoyulması, qida təhlükəsizliyinə, mətbəx təmizliyinə ciddi əməl olunması və s. fonunda bu müəssisələrin açılması təmin edilə bilər.

Bundan başqa, karantin səbəbi ilə bu günə qədər bağlı qalan iş yerlərinin açılması insanların psixologiyasına da müsbət təsir göstərər. İndiki şəraitdə vətəndaşlarımızın fiziki sağlamlığı ilə yanaşı, onların psixologiyasının da qorunması olduqca vacibdir. Düşünürəm ki, bu kimi addımlar insanların psixoloji gərginliyinin, mənəvi yorğunluğunun ortadan qaldırılması baxımından da faydalı olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*