Rumıniyanın müdafiə naziri ölkə prezidenti ilə fikir ayrılığına görə istefa verib
KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Rumıniyanın müdafiə naziri Vasilyok Dınku Rumıniya Prezidenti Klaus İohannislə fikir ayrılığına görə istefa verib.
“Bu gün səhər mən milli müdafiə naziri vəzifəsindən istefa ərizəmi Rumıniyanın Baş naziri Nikolaye Çukaya təqdim etdim. Mən bu jesti Rumıniya Prezidenti, ordunun ali baş komandanı ilə əməkdaşlığın mümkünsüzlüyü baxımından əsaslandırıram”, – deyə nazir bildirib.
Dınkunun sözlərinə görə, o, qərar qəbul etmə proseslərinə və proqramlara müdaxilə etmək istəmədiyi üçün, həmçinin bir sıra müdafiə layihələrinin qarşısını almamaq üçün ofisdən getmək qərarına gəlib.
Daha əvvəl Dınku Rusiya və Ukrayna arasında münaqişəyə son qoymağın yolunu göstərmişdi. Onun sözlərinə görə, bunu yalnız danışıqlar yolu ilə etmək olar.
Rumıniya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, dünya ölkələri, ABŞ və NATO Kiyev üçün təhlükəsizlik təminatlarının və Moskva ilə sülhün müzakirəsində vasitəçi olmalıdır.
Xuraman Etibarlı,
KONKRET.az
