Beynəlxalq insan haqları təşkilatı “Amnesty International” ilk dəfə olaraq Ermənistan silahlı qüvvələrinin bir çox ölkələr tərəfindən qadağan olunmuş silahlardan istifadə etməsi faktını təsdiqləyib. Belə ki, Bərdə şəhərinin atəşə tutulması zamanı qəsdən həmin mərmilərdən istifadə qeydə alınıb. İlk növbədə mülki əhali üçün təhlükəli olan silahların istifadəsi Qarabağdakı münaqişədə ermənilərin insanlıqdan çıxdığını göstərməklə yanaşı, həm də resurs çatışmazlığından xəbər verir.
“Amnesty International” İrəvanın oktyabrın sonlarında Azərbaycanın Bərdə şəhərində dinc əhalini atəşə tutulmasını şərh edərkən çoxlu sayda qadağan olunmuş silahlardan istifadə etdiyini bildirib. Hücum nəticəsində ən azı 21 nəfər ölüb, 70-dən çox insan yaralanıb.
Hüquq müdafiəçiləri Amerikanın “Vice News” nəşrinin jurnalistlərinin fotolarını öyrənərək, 300 mm çaplı “Smerç” raket sisteminin bir neçə mərmisinin şəhərə düşməsini qeydə alıblar. Xüsusilə 9N235 parçalanma başlığının (RBE) parçaları tapılıb ki, bunlar da təşkilatıb vurğuladığı kimi, erməni qüvvələri tərəfindən istifadə edilib.
“Kümey” sursatları öz-özlüyündə ayrı-seçkiliksiz silahlardır və hər şərtdə istifadəsi beynəlxalq humanitar hüquqla qadağandır. Bu silahdan mülki bölgələri hədəf alan zaman saysız-hesabsız ölüm, yaralanma və dağıntıya səbəb olur.
Müəyyən şərtlərdə bu mərmilərin istifadəsi hərbi cinayət kimi qiymətləndirilə bilər. Çünki bu, mülki əhalinin təhlükəsizliyinə etinasızlıqdan xəbər verir. Kümey sursatları, MLRS raketinin və ya hava bombasının konteyner başlığına sığan onlarla və ya yüzlərlə sursatla yüklənir. Sursat müəyyən bir hündürlükdə “stadion” enliyi ilə atılır və nəzəri cəhətdən təmasda işləyir, amma əslində onların bir çoxu atəş zamanı partlamır – onlarla kiçik çaplı mərmi döyüş tağımında qalır.
Beynəlxalq Əfv Təşkilatı tərəfindən məlumat dərc edildikdən dərhal sonra Ermənistan Azərbaycan Silahlı Qüvvələrinə qarşı müxtəlif ittihamlar irəli sürərək öz cinayətlərini beynəlxalq gündəmdən çıxarmağa çalışdı. Beləliklə, İrəvan Bakını 31 oktyabr səhəri Cenevrə Konvensiyaları ilə qadağan olunan ağ fosforlu silahlardan istifadə etməkdə günahlandırdı. Lakin əraziyə istinad edərək heç bir anlaşıqlı video və ya fotoşəkil sübutu təqdim etmədi. Azərbaycan Müdafiə Nazirliyi bu ittihamları tamamilə əsassız adlandıraraq dərhal qarşı tərəfə cavab verdi.
Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 31-də açıqladı ki, rəsmi olaraq Azərbaycan Ordusu beynəlxalq qanunla qadağan edilmiş silah və sursata malik deyil.
Bakı dəfələrlə müxtəlif səviyyələrdə erməni qüvvələrinin ayrı-seçkiliksiz silahlardan istifadə cəhdlərini göstərib. Xüsusilə, Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı İrəvanın mülki obyektlərə qarşı toplu döyüş sursatından və hətta ağ fosforla doldurulmuş tüstü mərmilərindən istifadə etdiyi barədə hələ oktryabrın 10-da bəyanat vermişdi. Sonra Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə meneceri Elnur Qasımov bildirdi ki, oktyabrın 8-də Füzuli rayonunun Arayatlı kəndi yaxınlığında ağ fosforlu bir mərmi tapılıb. Yevlax, Goranboy və Ağcabədi bölgələrində çoxluqlu bomba parçaları aşkarlanıb.
Beynəlxalq müşahidəçilər də müvafiq faktlara istinad etdilər. Beləliklə, 6 oktyabrda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT PA) Parlament Assambleyasının sədri Georgi Çereteli qadağan olunmuş çoxluqlu bombaların istifadəsi ilə bağlı bəyanat verdi. Bəyanatda ATƏT PA-nın 2008-ci ildə bütün iştirakçı ölkələri “hücum raketlərinin istifadəsini, inkişaf etdirilməsini, istehsalını, toplanmasını, saxlanmasını və ya verilməsini qadağan etməsinə” çağıran bir qətnamə qəbul etdiyini diqqətə çatdırdı.
2010-cu ildə qüvvəyə minən Klassik Silahlar üzrə Oslo Konvensiyasını bütün ölkələrin imzalamamasına baxmayaraq, ATƏT-in qətnaməsinə görə, bu silahlardan istifadə müharibə qanunları və adətlərinin pozulmasıdır. Yalnız yüksək texnoloji hazırlıqlı dövlətlər məqbul müasir kasetlərdən istifadə edə bilər.
Təbii ki, silahları yalnız kredit xətləri və ianə kimi alan Ermənistanın silah arsenalında müasir mərmi yoxdur. Bu səbəbdən də çox sayda döyüş sursatından istifadə İrəvanın qarşı tərəfi və mülki əhalini qorxutmaq istəyindən xəbər verir. İrəvanın bu addımı Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum aparması, İranla sərhədi tamamilə nəzarət altına alması və Dağlıq Qarabağın ikinci ən böyük şəhəri olan Şuşaya yaxınlaşması qorxusundan atır. Şuşa Xankəndindən bir neçə kilometr yüksəklikdə yerləşdiyindən strateji cəhətdən vacib bir yerdir. Yəni Şuşa ələ keçirildikdə, Xankəndi müdafiəsiz qalacaq.
Bundan əlavə, Azərbaycan şəhərlərinin mülki əhalisinə qarşı ayrı-seçkiliksiz silahlara əl atmaq cəhdi İrəvanın münaqişəni davam etdirmək üçün resurslarının tükəndiyini göstərən faktordur. Bu da onu göstərir ki, Ermənistan rəhbərliyinin beynəlxalq yardım toplaya biləcəyi ehtimalı artıq şübhə doğurur. Amma bu çarəsizlik Konvensiyalar imzalamış İrəvana müasir döyüş vasitələri ilə silahlanmış qarşı tərəfə köhnəlmiş və qadağan olunmuş sursatlardan istifadə səlahiyyiəti vermir.
NEWS.RU. 1 noyabr 2020.
Tərcümə erdi.Surxay Atakişiev,
KONKRET.az
