Rusiya buna görə Kursk bölgəsini boş buraxıb – SENSASİON PLANbackend

Rusiya buna görə Kursk bölgəsini boş buraxıb - SENSASİON PLAN

Ukraynanın Kursk bölgəsindəki uğurlarına baxmayaraq, Rusiya üçün bu əraziləri öz nəzarətinə qaytarmaq “ikinci dərəcəli vəzifə” ola bilər.

KONKRET.az xəbər verir ki,bu barədə “The Wall Street Journal” Karnegi Mərkəzinin baş elmi işçisi Tatyana Stanovayaya istinadən yazır.

Onun fikrincə, Rusiyanın daha mühüm strateji hədəfi var – Donetsk regionunda irəliləmək.

Stanovaya hesab edir ki, Moskvada Kursk vilayətindəki vəziyyətlə bağlı xüsusi panika yoxdur. Onun sözlərinə görə, Putin Ukraynanın hücumunun onun daha geniş strateji hesablamalarına çox təsir edəcəyini düşünmür.

Bu hesablamanın mərkəzində “danışıqlara gedən yolu Rusiyanın xeyrinə asanlaşdırmaq üçün bütün Donetsk vilayətinin ələ keçirilməsi və nəticədə Ukrayna hökumətinin süqutu dayanır”.

Buna görə də, Rusiya hərbçiləri Kurskda vaxt itirmək istəmirlər./musavat.com

  • ilqar
    Avqust 23, 2024 - 12:51

    Rus xalqının birliyi, həmrəyliyi,həmrəngliyi və həmahəngli ucun yeni Stalinqrad savaşi gerçəkdir.Bundan ötrü Ural dağlarının o tayina qədər çəkilmək olar.ВСЕ ИДЁТ ПО ПЛАНУ.
    ДА ЗДРАВСТВУЙ ВЕЛИКАЯ ПОБЕДА!УРААААА!

  • Haller
    Avqust 23, 2024 - 15:06

    🇺🇦❤️ Yasasin Ukrayna!!! İsgalcilar, qatiller ve nokerleri …bitirsiniz🙏!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*