“Rusiya Ermənistan üçün bazarlarını bağlayacaq” – Ekspertbackend

"Rusiya Ermənistan üçün bazarlarını bağlayacaq" - Ekspert

“Rusiya Ermənistan üçün bazarları bağlayacaq”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko deyib.

O bildirib ki, Paşinyanın KTMT sammitinə getməkdən imtina etməsi Ermənistan baş nazirinin qərbyönlü siyasətinin yalnız bir elementidir:

“Məsələn, Ermənistanın KTMT və Aİİ-dən çıxması, Ukraynaya külli miqdarda silah tədarükü və s. Qərbin təsiri nəticəsində baş verir. Belə olan halda Rusiya Ermənistan üçün əmək, maliyyə və s. bazarları bağlayacaq”, – deyə ekspert əlavə edib.

Boqdan Bezpalkonun sözlərinə görə, bu baş verərsə, Ermənistan çox böyük iqtisadi çətinliklər yaşamağa başlayacaq.

“Bunu nə Fransa, nə də çox güman ki, Avropa İttifaqı kompensasiya edə biləcək. Ermənistan iqtisadi durğunluq və siyasi qeyri-sabitlik vəziyyətinə düşəcək”, – deyə Boqdan Bezpalko bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*