Pentaqon Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ilə danışmağa hazır olduğunu bildirib.
KONKRET.az-ın məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli sözçüsü bildirib ki, Rusiya ilə kommunikasiya xətləri açıq qalır, Pentaqonun rəhbəri Lloyd Ostin Rusiya tərəfi ilə lazım olan qədər danışıqlar aparmağa hazırdır.
“Rabitə xətləri açıqdır. Və təbii ki, nazir nəinki Rusiya Federasiyasının nümayəndələri ilə, həm də tərəfdaşlarımızla lazım olan qədər çoxlu danışıqlar aparmağa hazırdır” – deyə brifinqdə bildirilib.
Günel Mikayılova,
KONKRET.az
