“Ukrayna hücumunun uğurunu qiymətləndirmək hələ tezdir, lakin müdafiəni yarmaq üçün görülən tədbirlər təqdirəlayiqdir”.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın quru qoşunlarının komandanı, general Patrik Sanders açıqlama verib.
O qeyd edib ki, Rusiya ordusu Ukrayna hərbi birləşmələrindən hansının Britaniya ordusu tərəfindən təlim keçdiyini bilir. Britaniya kəşfiyyatı bu məlumatların sızdığından xəbərdardır.
“İnanıram ki, Rusiya təhlükəsi davam edəcək – biz silahlanmalı və hazır olmalıyıq”, – deyə general Sanders çağırış edib.
Burhan,
KONKRET.az
