Rusiya Kiyevlə danışıqlar masasına oturmaq üçün taxıl dəhlizləri mövzusunda Ukraynaya təzyiq göstərə bilər. Təcavüzkar onunla danışığa başlaması üçün təzyiq göstərməkdə davam edəcək.
KONKRET.az-ın məlumatına görə, “Ukrinform” xəbər verir ki, bunu Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun Monitorinq Qrupunun rəhbəri və “BlackSeaNews”un baş redaktoru Andrey Klimenko Ukrayna Media Mərkəzinə müsahibəsində bildirib.
O, bildirib ki, Rusiyanın hazırda etdiyi hər şey – raketlər, pilotsuz təyyarələr, taxıl dəhlizlərinin işini əngəlləmək – hamısı danışıqlara məcburetmə üçündür.
“Gəlin görüşək, danışaq. Onların hər hansı müzakirələrə ehtiyacı var. “- deyə ekspert əlavə edib.
Klimenkonun sözlərinə görə, Rusiya Federasiyası ən azı kiminsə onlarla danışmağa başlamasına şərait yaradacaq. Taxıl problemi adı ilə onları maraqlandıran digər mövzuları da söhbətə daxil edəcək.
Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl Rusiyanın 150 gəminin Ukrayna limanlarından çıxışını əngəllədiyini bildirmişdi. Prezident bildirib ki, hər gün ərzaq daşıyan gəmilərin növbəyə dayanması Ukraynanın kənd təsərrüfatı məhsullarını istehlak edən ölkələrdə sosial və siyasi gərginliyin artması deməkdir.
Günel Mikayılova,
KONKRET.az
