Rusiya və Çinin Orta Asiyadakı əsas rəqibi Türk Dövlətləri Təşkilatıdır.
KONKRET.az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən politoloqların əksəriyyəti bu qənaətdədirlər.
Çinin İranla son bahalı müqaviləsini, Moskva-Tehran yaxınlaşmalarını nəzərə alanda Zəngəzur dəhlizinin açılmasına qarşı plan cızıldığı sezilir. Türk ekspertlərin fikrincə, İranın Qafanda təcili konsulluq açması da planın bir hissəsidir. Pekin və Moskva türk dövlətlərini birləşdirəcək quru yoluna qarşı çıxırlar.
Əslində bu İran propoqandasından təsirlənmiş tezislər də ola bilər. Çünki Kreml Rusiyanı Ermənistanla birləşdirəcək dəmiryol xəttinin tərəfdarıdır, Çin isə qlobal iqtisadiyyatın heç Amerika ilə hesablaşmayan tək ölkəsidir. Yəni onlar TDT ilə sağlam rəqabət aparıb, əməkdaşlıq qurub daha artığına nail ola bilərlər, nəinki iqtisadiyyatın ürəyi üçün şah damar kimi əhəmiyyətli olan bir dəhlizin açılışına etiraz etsinlər.
Natiq Səlim,
KONKRET.az
