Rusiya və İran Ukraynada müharibəyə keçmiş əfqan komandolarını CƏLB EDİRbackend

Rusiya və İran Ukraynada müharibəyə keçmiş əfqan komandolarını CƏLB EDİR

Rusiya və İran Ukrayna ilə müharibəyə keçmiş əfqan komandolarını cəlb edir.

KONKRET.az xəbər verir ki, bu barədə “Foreign Policy” Əfqanıstan silahlı qüvvələri və təhlükəsizlik xidmətlərindəki çoxsaylı mənbələrə istinadən məlumat yayıb. Rusiya Ukraynaya qarşı müharibəyə ötən il Talibandan sonra ölkədə qalan Əfqanıstan Milli Ordusunun elit komando korpusunun üzvlərini cəlb edir.

Təlim keçmiş piyadalar 20 ilə yaxın Amerika və digər müttəfiqlərin xüsusi təyinatlıları ilə Talibana qarşı çiyin-çiyinə döyüşüb. Ruslar başa düşürlər ki, bu döyüşçülər Rusiyanın Ukraynadakı döyüş meydanında öz məqsədlərinə çatmasında mühüm rol oynaya bilər.

Nəşrin hesablamalarına görə, Əfqanıstanda və qonşu ölkələrdə 20-30 min əfqan könüllü komando qalmaqdadır. Taliblər hakimiyyətə gəldikdən sonra yalnız bir neçə yüz yüksək rütbəli zabit evakuasiya edilib.

ABŞ Əfqanıstan komandolarının yaradılması və təlimi üçün təxminən 90 milyard dollar xərcləyib. Bu qüvvələr ümumiyyətlə bacarıqsız idi və ölkəni bir neçə həftə ərzində Talibana təhvil verdilər. Lakin həmişə böyük hörmətə malik idilər, çünki onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin və Britaniya Xüsusi Hava Xidmətinin məzunları olublar.

Əfqan komandoları hələ də ABŞ və Böyük Britaniyaya təxliyə olunmağı gözləyirlər.Eyni zamanda onlar rusiyalı işə götürənlər üçün asan şikar olaraq qalırlar. Keçmiş yüksək rütbəli əfqan təhlükəsizlik məmurlarından biri adının çəkilməməsi şərti ilə deyib ki, komandoların Rusiya ordusuna inteqrasiyası Ukrayna döyüş meydanında “oyunu dəyişdirəcək”.

Əfqan xüsusi təyinatlılarının keçmiş zabiti deyib ki, çox güman ki, Əfqanıstan xüsusi təyinatlılarının cəlb edilməsinin arxasında “Vaqner” dayanır.

“Onlardan Qərb müttəfiqləri ukraynalıların tərəfində vuruşmaq üçün daha yaxşı istifadə edirlər. Onlar ruslar üçün döyüşmək istəmirlər, çünki ruslar düşməndir. Amma onlar başqa nə edə bilər?”, – deyə o bildirib.

Bir neçə keçmiş komando WhatsApp və Signal vasitəsilə işə götürüldüklərini söyləyib. Rusların təklifi 10 000-ə qədər keçmiş komandonu işə qəbul edə bilər.

İşə qəbulda İran da iştirak edir. Keçmiş komando kapitanının ifadəsinə görə, o, bir neçə keçmiş həmkarına Tehrandakı hərbi komissarlıqla əlaqə saxlamağa şəxsən kömək edib. Onun sözlərinə görə, yeni çağırışçılar Əfqanıstandan İrana, oradan isə Rusiyaya aparılıb.

“Rusiyanın təklifini qəbul edəndə xüsusi təyinatlıların telefonları söndürülür. Onlar çox gizli fəaliyyət göstərirlər”, – deyə keçmiş kapitan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*