Rusiya və İran oktyabrın 18-dən, BMT-nin İran silahlarına qoyduğu məhdudiyyətlərin müddəti bitdikdən sonra pilotsuz təyyarələrin və uzaqmənzilli raketlərin tədarükü ilə bağlı razılığa gələ bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu yazır.
Sentyabrın 20-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Tehrana səfəri zamanı İranın pilotsuz təyyarələr, raketlər və hava hücumundan müdafiə sistemləri arsenalına baxış keçirib. Xüsusilə, ona “Paveh” qanadlı raketi, “Əbabil” və “Fəttah” ballistik raketləri, həmçinin yeni “Şəhed-136” pilotsuz uçuş aparatı nümayiş etdirilib.
Şoyqu həmçinin iranlı həmkarı Məhəmməd Rza Aştiani ilə BMT Təhlükəsizlik Şurasının İranın 300 kilometrdən çox mənzilli raketlərin qanuni satış imkanlarını məhdudlaşdıran qətnaməsinin müddətinin başa çatmasını müzakirə edib.
Ukrayna və İsrail kəşfiyyatının məlumatına görə, Rusiya ən çox uçuş məsafəsi 300 və 700 kilometr olan “Fateh-110” və “Zülfiqar” ballistik raketlərinə daha çox maraq göstərir.
Ariz Həsənoğlu,
KONKRET.az
