Rusiyada Çin dilinin öyrənilməsi kütləviləşibbackend

Rusiyada Çin dilinin öyrənilməsi kütləviləşib

Rusiyada aparılan sorğular Çin dilinin ruslar arasında getdikcə populyarlaşdığını təsdiqləyib.

KONKRET.az Rusiya mediasına istnadən xəbər verir ki, 2024-cü ildə sıfırdan xarici dil öyrənməyə başlayan vətəndaşların 9%-i Çin dilini seçib. Hazırda bu dil populyarlığına görə ingilis dilindən sonra ikinci yerdə qərarlaşıb. Digər Avropa dilləri Çin dilindən xeyli geri qalır. Rusların yalnız 4%-i fransız və alman, 3%-i italyan və ispan, yalnız 2%-i yapon dilini öyrənməyə hazırlaşır.

Bu maraq Çin dili müəllimlərinin xidmətlərinə tələbatı artırıb. Bəzi bölgələrdə – Novosibirsk, Rostov-na-Donu və Xabarovskda çinli repetitorlar xüsusi fəallıqla axtarılır.

Yeli ekspertlər hesab edirlər ki, Çində kiçik biznes üçün satınalma prosesini planlaşdıran və ya artıq iştirak edənlər bu dili öyrənməkdə maraqlıdırlar. Amma əvvəllər Çin dilinə maraq sərhədyanı ərazilər üçün xarakterik idisə, indi bütün ölkədə özünü büruzə verir.

Qeyd edək ki, tanınmış pianoçu Denis Matsuyev 2009-cu ildə müsiqiçilərin Çinə axın etməsi ilə bağlı “həyəcan təbili” çalmışdı. O, bildirmişdi ki, rusiyalı musiqi  müəllimlərinin əksəriyyəti artıq 70 milyona yaxın pianoçu olan Çində dərs deyir.

“Çində musiqi biznesinin əsasını təşkil edən özəl məktəblərdə təkcə Moskva və Sankt-Peterburqdan deyil, bütün Uzaq Şərqdən, İrkutskdan, Blaqoveşenskdən, Xabarovskdan musiqiçilər dərs deyirlər. SOS siqnali verməyin vaxtıdır!”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*