Rusiyada zəlzələ baş verib.
KONKRET.az sfera.az-a istinadən xəbər verir ki, Rusiyanın Kamçatka ərazisində 5 bal gücündə zəlzələ qeydə alınıb.
Rusiya Elmlər Akademiyasının Geofizika xidmətinin Kamçatka bölməsi bildirib ki, Moskva vaxtı ilə saat 19:57-də Petropavlovsk-Kamçatskidən 151 kilometr aralıda zəlzələ baş verib. Zəlzələnin ocağı 61 kilometr dərinlikdə qeydə alınıb. Dağıntı və itki barədə məlumat yoxdur.