Rusiyada məhkəmə “Gürcüstan milli legionu”nu terror təşkilatı kimi tanıdıbackend

Rusiyada məhkəmə “Gürcüstan milli legionu”nu terror təşkilatı kimi tanıdı

Məhkəmə “Gürcü milli legionu” hərbiləşdirilmiş qrupunu terror təşkilatı kimi tanıyıb, onun Rusiya ərazisində fəaliyyəti qadağan edilib.

KONKRET.az xəbər verir ki, bu barədə iyunun 14-də FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən toplanmış sübutlara əsasən, Cənub dairəsi hərbi məhkəməsi “Gürcü milli legionu” hərbiləşdirilmiş birləşməsini terror təşkilatı kimi tanıyıb”, – deyə məlumatda bildirilir.

Beləliklə, birlik “Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq terrorçu kimi tanınan xarici və beynəlxalq təşkilatlar da daxil olmaqla, vahid federal siyahıya daxil edilib.

Bildirilir ki, sözügüdən legion 2014-cü ildə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin himayəsi altında yaradılıb və milli əsasda toplanmış ən böyük silahlı birləşmədir.

Terror qruplaşmasının üzvləri Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak edir, həmçinin Rusiya hədəflərində təxribatların təşkilində, Rusiya ordusunun hərbi qulluqçularına işgəncə verilməsində və dinc sakinlərin öldürülməsində iştirak edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*