Yenilənmiş 100 manat bu tarixdə tədavülə buraxılacaqbackend

Yenilənmiş 100 manat bu tarixdə tədavülə buraxılacaq

Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub.

KONKRET.az bildirir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib.

O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hansı dəyişiklik barədə ictimai məlumatlandırma onların tədavülə buraxılma tarixindən öncə Mərkəzi Bankın rəsmi internet səhifəsi və sosial media səhifələri vasitəsilə təşkil olunur:

“Son dəyişikliklərdən biri ötən ilin dekabr ayında yenilənmiş 50 manatlıq pul nişanının tədavülə buraxılması olub. Cari ildə 15 iyul tarixində isə yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub.

Təhlillərə əsasən, saxtalaşdırma üsullarının əksər hallarda primitiv üsullardan (rəngli surətçıxarma və ya skaner) istifadə edilməklə həyata keçirildiyi müşahidə olunur. Belə saxta pullar bank əməkdaşları və ya avadanlıqlar tərəfindən asanlıqla müəyyən olunur. Milli pul nişanlarının yüksək texniki göstəriciləri və təhlükəsizlik elementlərinin etibarlılığı nəticəsində milli pul nişanlarının saxtalaşdırılma səviyyəsi dünyanın aparıcı valyutaları və qonşu dövlətlərin valyutaları ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı hesab olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*