Rusiyada təyyarə sərt eniş etdi – Xəsarət alan varbackend

Rusiyada təyyarə sərt eniş etdi - Xəsarət alan var

Utair aviaşirkətinə məxsus təyyarə Yamalo-Nenets Muxtar Dairəsindəki Utrennı hava limanında iki kilometr aralıda sərt eniş edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı deyilir: “Təyyarə Sabetta hava limanından çarter reysi həyata keçirirdi . O, iki kilometr uzaqlıqdakı Utrenni aerodromuna çata bilmədi. Hadisə ilə bağlı Novı Urenqoy Nəqliyyat Prokurorluğu tərəfindən araşdırma aparılır.

Sərt eniş nəticəsində bir nəfər xəsarət alıb . Digər təfərrüatlar verilmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*