Rusiyadan Simonyana İLK ETİRAZ: Volodin spikerin hədiyyəsini GERİ QAYTARDIbackend

Rusiyadan Simonyana İLK ETİRAZ: Volodin spikerin hədiyyəsini GERİ QAYTARDI

Volodin hədiyyəsini Alen Simonyana geri qaytarıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “168.am” məlumat yayıb.

Saytın məlumatına görə, bu yaxınlarda Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə bahalı hədiyyə göndərib. Lakin Volodin hədiyyəni geri qaytarıb.

“Biz tezliklə təfərrüatları təqdim edəcəyik. Amma ən maraqlısı odur ki, Volodin bu hədiyyəni Simonyana geri qaytarıb. Şayiələrə görə, Rusiya tərəfi, xüsusən də hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri Simonyana dözmür. Səbəb kimi onun ikiüzlü davranışı göstərilir.

Simonyan öz ətrafı arasında hətta hakimiyyət dəyişikliyindən sonra Ermənistanda deyil, ABŞ-da yaşamaq fikrində olduğunu deyir.

Görünür, ruslara qarşı “hücum” yaxın zamanın işidir, çünki müharibə vaxtı, 2020-ci ilin noyabrında. Simonyan Rusiyada gizlənirdi”, – deyə qəzet yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*