Rusiyadan Türkiyəyə daha bir təklif – ABŞ-ın qərarına qarşıbackend

Rusiyadan Türkiyəyə daha bir təklif - ABŞ-ın qərarına qarşı

ABŞ-ın Türkiyəni “F-35 Müştərək Döyüş Təyyarəsi Proqramı”ndan çıxardıqdan sonra Rusiyadan həmlə gəlib.

Konkret.az “Sözcü”yə istinadən xəbər verir ki, Rusiyanın “Rostex” şirkətinin direktoru Sergey Çemezov Rəsmi Moskvanın tələb etməsi halında Türkiyəyə “Su-35” döyüş təyyarələrini tədarük etmək üzrə danışıqlar aparmağa hazır olduqlarını açıqlayıb.

Çemezov bir müddət öncə isə Türkiyənin “F-35” proqramından çıxarılacağı təqdirdə “Su-57” satmağa hazır olduğunu bildirmişdi.

Qeyd edək ki, hazırda Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksinin hissələrinin tədarükünü davam etdirir. Məhz bu səbəbdən ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*