Rusiyalı blogerin həyat yoldaşı müəmmalı şəkildə ÖLDÜbackend

Rusiyalı blogerin həyat yoldaşı müəmmalı şəkildə ÖLDÜ

İrəvanda yaşayan rusiyalı bloger Aleksey Romanovun həyat yoldaşı Yana Zelinskaya özünü vanna otağında asaraq intihar edib.

KONKRET.az xəbər verir ki, ötən gün İrəvandakı mənzillərin birində qadın meyiti tapılıb. Sonradan məlum olub ki, ölən şəxs Rusiya Federasiyası vətəndaşı Yana Zelinskaya, əri isə Rusiya və Ermənistanda yaxşı tanınan bloger Aleksey Romanovdur. Qeyd edək ki, yayılan xəbərlərə görə, bir neçə ay əvvəl Romanov və Zelinskayanın 26 yaşlı qızı Sofiya dünyasını dəyişib.

Ermənistan İstintaq Komitəsi prezidentinin mətbuat katibi Qor Abramyan “Pastinfo”nun sualına cavab olaraq bildirib ki, intiharla bağlı Cinayət Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

O, xarici müayinəsindən sonra meyitin üzərində zorakılıq izlərinin aşkar edilmədiyini, meyitə məhkəmə-tibbi ekspertizası təyin edildiyini bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*