Rusiyalı ekspert: “Paşinyanın acizliyi Yerevanda da etiraf olundu” – ŞƏRHbackend

Rusiyalı ekspert: "Paşinyanın acizliyi Yerevanda da etiraf olundu" - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə göstərdiyi zəiflik Yerevanın özündə belə sərt tənqidlərə hədəf olub.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Yevgeni Mixaylov mükaliməni şərh edərkən bildirib.

“Münhendə keçirilən bu qarşılaşma baş nazir Nikol Paşinyanın tutduğu vəzifəyə qətiyyən uyğun gəlmədiyini bütün dünyaya göstərdi. Görüş zamanı bir siyasətçinin bundan daha acınacaqlı vəziyyətə düşməsini təsəvvürə gətirmək mümkün deyil”, – o qeyd edib.

Rusiyalı politoloq vurğulayıb ki, Azərbaycan Prezidentinin Dağlıq Qarabağla bağlı inamlı və qətiyyətli nitqi ilə müqayisədə Ermənistan baş nazirinin dedikləri dünya ictimaiyyətinin nəzərində son dərəcə sönük və acizdir.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*