Rusiyalı femaktivist Anastasiya Emelyanova qətlə yetirildibackend

Rusiyalı femaktivist Anastasiya Emelyanova qətlə yetirildi

Türkiyədə rusiyalı femaktivist Anastasiya Emelyanova qətlə yetirilib.

KONKRET.az xarici mətbuata istiandən xəbər verir ki, şübhəli şəxsin onun Tinder-də tanış olduğu və “ən qayğıkeş dovşan” adlandırdığı sevgilisi olub.

“Feministlər izah edir” YouTube kanalının müəllifi Anastasiya Emelyanova Ərzurum şəhərində ölü tapılıb.

Məlumata görə, polis əməkdaşları hadisədə şübhəli bilinən Emelyanovanın sevgilisi Suriyadan olan tələbə Nizarı saxlayıb.

Cütlük 2023-cü ildə Tinder-də tanış olub. Emelyanova öz paylaşımlarında Nizarı ona maaş verən “ən qayğıkeş dovşan” adlandırıb.

O, həmçinin onunla müqavilə imzalamaq və yaşayış icazəsi üçün müraciət etmək planlarından da danışırmış.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*