Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qarabağ” – “Bayer” qarşılaşması almanların qələbəsi ilə başa çatsa da, dünyanın bir sıra futbol icmalçıları “Qarabağ” komandasının oyununu yüksək qiymətləndiriblər.
KONKRET.az xarici mediaya istinadən bildirir ki, onlardan biri tanınmış rusiyalı idman jurnalisti İqor Rabiner olub.
“Belə komanda qurduğu üçün Qurban Qurbanova təşəkkürlər” yazan icmalçı qeyd edib ki, hətta azlıqda qalanda belə, “Qarabağ” ilk imkan düşən kimi hücum etməyə çalışıb.
Xatirə SADİQ,
KONKRET.az
