Rusiyanın Antalya şəhərindəki baş konsulu Oleq Roqoza 2019-cu ildə burada onlarla rusiyalının ölümünün qeydə alındığını söyləyib. Onların, demək olar ki, hamısı Antalyaya dincəlməyə gələn turistlərdir.
Konkret.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, buna əsas səbəb olaraq rusların səyahətə getməzdən qabaq öz səhhətlərini adekvat şəkildə dəyərləndirməmələridir.
Oleq Roqozanın sözlərinə görə, bu əsasən isti şəraitdə kəskinləşə bilən xroniki xəstəliklərdən əziyyət çəkən yaşlı adamlara aiddir.
Bundan başqa, baş konsul rus turistlərin spirtli içkiləri həddən artıq içdiklərini, həmçinin özlərini dənizdə və müxtəlif ekskursiyalarda olduqca pis apardıqlarını etiraf edib.
Rusiyalı diplomat öz həmvətənlərinin sağlamlıq məsələlərinə daha çox diqqət göstərməsinin lazım olduğunu düşündüyünü söyləyib.
Konkret.az
