Rusiyanın dünyanı qorxutduğu “çirkli bomba” NƏDİR? backend

Rusiyanın dünyanı qorxutduğu “çirkli bomba” NƏDİR

“Çirkli bomba” termini yeni deyil, o, 2000-ci illərdə ABŞ-da 11 sentyabr 2001-ci il hücumlarından sonra terrorçuların tərkibində radioaktiv materiallar olan cihazlardan istifadə edərək partlayışlar törədə biləcəkləri qorxusu yarananda populyarlıq qazanıb.

KONKRET.az xəbər verir ki, bu barədə oktyabrın 24-də dərc olunmuş “BBC News Ukraine”nin materialında deyilir.

Materialın dərci oktyabrın 23-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ukraynanın Rusiyaya qarşı müharibədə guya “çirkli bomba”dan istifadə edəcəyi barədə yayılan açıqlamaları ilə eyni vaxta təsadüf edib.

Nyu-York Dövlət Səhiyyə Departamentinin məlumatına görə, “çirkli bomba” dinamit kimi adi partlayıcıları bərk, maye və ya qaz halında radioaktiv maddələrlə birləşdirən bombadır. Onlar radioaktiv materialı partlayış yerinin ətrafındakı kiçik lokallaşdırılmış sahəyə yaymaq üçün nəzərdə tutulub.

BBC-nin qeyd etdiyi kimi, “çirkli bomba” dağıdıcı effekti artırmaq üçün nüvə reaksiyasından istifadə edən nüvə silahından əhəmiyyətli dərəcədə fərqlənir, çünki o, partlayıcı qurğudur, lakin radioaktiv materialı kiçik əraziyə səpmək qabiliyyətinə malikdir.

ABŞ rəsmilərinin əmin etdiyi kimi, “çirkli bomba”nın əsas təhlükəsi partlayışın baş vermə anı olacaq. Yəni partlayış baş verərsə, bütövlükdə şəhərə deyil, böyük bir əraziyə təsir edəcək.

Nəşr yazır ki, “çirkli bomba” partlayışı baş verərsə, aşağıdakılara əməl edilməlidir:

  • Partlayış yerindən uzaqlaşın və təhlükəsiz yerə daxil olun;
  • Paltarlarınızı çıxarın və möhürlənmiş bir plastik torbaya qoyun;
  • Toz və kirləri yumaq üçün duş qəbul edin.

Yeri gəlmişkən. NATO-nun baş katibi Yens Stoltenberq oktyabrın 24-də deyib ki, Rusiya Ukrayna ilə müharibənin növbəti raundu üçün yalan iddialardan bəhanə kimi istifadə etməməlidir. O, həmçinin “çirkli bomba” haqqında məlumatı “absurd” adlandırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*