“Rusiyanın təsir dairəsindən çıxmaq mümkün deyil” – Aleksandr İsgəndəryanbackend

"Rusiyanın təsir dairəsindən çıxmaq mümkün deyil” - Aleksandr İsgəndəryan

“Rusiya Cənubi Qafqaz regionunda oyunçu kimi qalacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə erməni politoloq Aleksandr İskəndəryan deyib.

O bildirib ki, anti-Rusiya əhval-ruhiyyəsi postsovet məkanında hər yerdə var. Bu abu-hava hətta Rusiyanın özündə də mövcuddur: Rusiya Cənubi Qafqaz regionunda oyunçu olaraq qalacaq. Kremlin bu siyasəti 180 dərəcə geri qaytara biləcəyini təsəvvür etmək çətindir. Son vaxtlara qədər Qarabağ münaqişəsi Rusiya və Qərbin birbaşa müxalifətinin bariz nümunəsi olmayıb. Amma indi Rusiya Qərb ölkələrinin postsovet məkanına istənilən formada daxil olmasına hədsiz qısqanclıqla yanaşır”, – deyə erməni politoloq vurğulayıb.

“Dağlıq Qarabağ və ya Laçın dəhlizində Qərblə Rusiya arasında mövcud olan çox ciddi ziddiyyətlərə məhəl qoymamaq mümkün deyil. Anti-Rusiya əhval-ruhiyyəsi postsovet məkanında hər yerdə var, Rusiyanın özündə də bu, mövcuddur. Amma ümumilikdə Rusiyanın təsir dairəsindən çıxmaq mümkün deyil”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*