backend

Ruslara qarşı döyüşən ermənilərə Polşada da abidə qoyuldu - FOTO

Polşanın Varşava yaxınlığındakı Ossuv şəhərində erməni əsgərlərinin xatirəsinə həsr olunan lövhənin açılış mərasimi keçirilib. Mərasimdə Erməni Apostol Kilsəsinin Ukrayna Yeparxiyasının nümayəndəsi yepiskop Markos Ovannisyan da iştirak edib. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, lövhə 1920-ci ildə həlak olmuş Polşa milisindəki erməni əsgər və zabitlərinin qəhrəmanlıqlarının xatirəsinə ehtiram olaraq yaradılıb. Məhz 20-ci illərdə erməni əsgər və zabitləri Polşa və Varşavanın bolşevik hücumlarından qorunması üçün ruslara qarşı döyüşüb. Qeyd edək ki, tədbirə Polşanın müdafiə naziri də qatılıb.

Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*