ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə rüşvətxorluq ittihamı ilə üzləşən Bob Menendesi əvəz edən senator Ben Kardin rəhbərlik edəcək.
KONKRET.az xəbər verir ki, senatorlar Kardini bu vəzifəyə təyin edən qətnaməni təsdiqləyiblər.
Vəkillik fəaliyyəti ilə tanınan senator Kardin ikinci dəfə komitənin rəhbərliyində Menendesi əvəz edəcək.
O, 2015-ci ilin aprelindən 2018-ci ilin fevralına qədər komitəyə rəhbərlik edib.
80 yaşı tamam olacaq senator Kardin gələn il yenidən seçilmək istəmədiyini açıqlayıb.
Menendez cinayət ittihamı ilə üzləşdiyi üçün qaydalara uyğun olaraq komitə sədri vəzifəsindən istefa verib. Senatın yarıdan çoxu Menendesi istefaya çağırıb.
Qeyd edək ki, Kardin karyerası boyu insan hüquqlarına diqqət yetirib, xüsusən də Rusiyada korrupsiyanı ifşa edən və həbsdə olarkən dünyasını dəyişən vəkilin adını daşıyan Maqnitski Aktının müəllifi olub.
Ariz Həsənoğlu,
KONKRET.az
