Mixail Saakaşvili öz partiyasının – Yeni Qüvvələr Hərəkatının Ukraynada keçiriləcək parlament seçkisində iştirakını dayandırıb.
Axar.az xəbər verir ki, bu məlumatı Saakaşvili öz Feysbuk səhifəsində paylaşıb. Saakaşvili partiyasının tərəfdarlarını Vladimir Zelenskinin partiyasına səs verməyə səsləyib:
“Mənim artıq suallarım peyda olub, amma düşünürəm ki, Prezident Zelenskiyə çoxluğu formalaşdırmaq üçün şans vermək lazımdır. Ona görə də hazırda hər faiz önəmlidir”, – deyə o bildirib.
Saakaşvili partiyasının toplayacağı səslərin Zelenskiyə mane olmasını istəmədiyini deyib.
