“Sabah” klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) komandası ilə üz-üzə gəlib.
KONKRET.az xəbər verir ki, Macarıstandakı “Varkert” stadionunda baş tutan qarşılaşma Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Bayquşların” heyətində 61-ci dəqiqədə Safranko hesabı açıb. 78-ci dəqiqədə Jesse Sekidika “Sabah”ın üstünlüyünü iki topa çatdırıb. Yekun hesabı isə 88-ci dəqiqədə adını tabloya yazdıran Xəyal Əliyev müəyyənləçdirib.
Komandalar arasında cavab matçı 1 həftə sonra Bakıda keçiriləcək.