“Sabah” “Kəpəz”ə qalib gəldibackend

Sabah” “Kəpəz”ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

KONKRET.az xəbər verir ki, açılış oyununda “Sabah” evdə “Kəpəz”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:2.

Bu nəticədən sonra xallarını 31-ə çatdıran “Sabah” turnir cədvəlində 5-ci pilləyə yüksəlib. 20 xalı olan “Kəpəz” isə 9-cu sırada qalıb.

Günün son oyununda “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə qarşılaşacaq.

Qeyd edək ki, XXIII turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” oyunu isə təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*