Sabiq baş nazir üsyana görə HƏBS EDİLDİ – VİDEObackend

Sabiq baş nazir üsyana görə HƏBS EDİLDİ - VİDEO

Peruda üsyan təşkil etməkdə ittiham olunan keçmiş baş nazir Betsi Çaves həbs edilib.

KONKRET.az xəbər verir ki, saxlanmanın görüntüləri “TVPeru” tərəfindən yayımlanıb.

Məlumata görə, Perunun Baş Prokurorluğu Çavesin saxlanmasını istəyib. O, 18 aylıq müvəqqəti həbs edib.

Qeyd edək ki, 7 dekabr 2022-ci ildə Perunun o zamankı prezidenti Pedro Kastilyo Konqresin buraxıldığını və komendant saatı tətbiq olunduğunu elan edib. Deputatlar səsverməni ləğv etməyib və prezidentin səlahiyyətlərindən məhrum edilməsini təsdiqləyiblər.

Hərbçilər və polis Konqresə dəstək verib. Kastilyo üsyan təşkil etməkdə ittiham edilərək saxlanılıb. Onun istefasından sonra Peruda iğtişaşlar başlayıb, onlarla insan həlak olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*