Azərbaycanın ən yaxın dostlarından biri Senatın deputatı seçildibackend

Azərbaycanın ən yaxın dostlarından biri Senatın deputatı seçildi

Darxan Kıdırəli Qazaxıstan prezidentinin sərəncamı ilə Senatın deputatı təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Senatın sədri Maulen Aşımbayev məlumat verib.

O, yeni təyin olunmuş deputat kimi Qazaxıstan xalqına and içib.

“Qazaxıstan xalqına sədaqətlə xidmət etməyə, ölkənin bütövlüyünü və müstəqilliyini möhkəmləndirməyə, onun Konstitusiyasına və qanunlarına ciddi əməl etməyə, mənə həvalə edilmiş deputat kimi yüksək vəzifələri vicdanla yerinə yetirməyə and içirəm”, – deyə Kıdırali bildirib.

Qeyd edək ki, bu ilin sentyabrın 1-də Qazaxıstan prezidenti Darxan Kıdıralını Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri vəzifəsindən azad edib. Darxan Kıdıralı Azərbaycanın ən yaxın dostlarından biridir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*