Sabiq spiker Aro Babloyanın apellyasiyası təmin edilmədibackend

Sabiq spiker Aro Babloyanın apellyasiyası təmin edilmədi

Ermənistan parlamentinin keçmiş sədri Ara Babloyanın müttəhim qismində təqsirləndirilən şəxs kimi cəlb edilməsi barədə qərardan verilən apellyasiya şikayəti rədd edilib. Müvafiq qərar ibtidai istintaqın qanuniliyinə nəzarət edən prokuror tərəfindən qəbul edilib. KONKRET.az bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, cinayət işini araşdırarkən məlum olub ki, ibtidai istintaqın bu mərhələsində Ara Babloyanın cari cinayət işində müttəhim kimi cəlb edilməsi üçün lazımi sübutlar yetərli sayda əldə olunub.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti oktyabrın 17-də müstəqil deputat Arman Babacanyanın Baş Prokurorluğa “bir qrup şəxsin hakimiyyəti zəbt etməsi” barədə məruzələri əsasında cinayət işi açmışdı. Bəyanat Ermənistan Konstitusiya Məhkəməsinin hazırki rəhbəri Tovmasyana şamil edilmişdi, yəni bu vəzifədə olmağın qanuniliyi deputat tərəfindən qeyri-qanuni hesab olunmuşdu.

Bu iş çərçivəsində parlamentin aparat rəhbərinin keçmiş müavini Arsen Babayan və parlamentin keçmiş spikeri Ara Babloyan “hakimiyyətin qəsb edilməsi” və “rəsmi saxtakarlıq” maddələri ilə ittiham olunmuşdular.

Ara Babloyan tibb professoru, tanınmış uşaq cərrahı, Yerevan “Ararbkir” tibb mərkəzinin yaradıcısıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*