Sağalanların sayı yoluxanları 2 dəfə ötdü, bu, karantin rejiminin yumşalması üçün yetərlidirmi? – AÇIQLAMAbackend

Sağalanların sayı yoluxanları 2 dəfə ötdü, bu, karantin rejiminin yumşalması üçün yetərlidirmi? - AÇIQLAMA

14 şəhər və rayonda tədbiq edilən sərt karantin rejimi avqustun 5-i bitir. Gündəlik yoluxanların sayı xeyli azalıb. Sağalanların sayı isə yoluxanlardan 2 dəfə çoxdur.

Avqustun 5-də yumşalma ola bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, avqust ayının 5-də müəyyən olunmuş karantin rejiminin müddəti bitir:

“Ondan sonra yumşalmaların olması ilk növbədə koronavirusun dinamikasından, sonra Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın verdiyi qərarlardan asılıdır. Son günlərin statistikasını təhlil etdikdə, yeni yoluxanların sayının, sağalanların sayından xeyli az olduğunu görürük. Bugünkü rəqəmlərdə isə, sağalanların sayında iki dəfə artım var. Bu da aparılan müsbət işlərin nəticəsi kimi qiymətləndirilməklə yanaşı, müəyyən nikbinlik yaradır. Lakin bu göstəricilər bizi qətiyyən arxayınlaşdırmamalıdır. Hər dəfə COVID-19 qurbanı olan dəyərli insanlarımızla bağlı məlumatları ürək ağrısı ilə qarşılayırıq. Bəzi Avropa ölkələrində əvvəllər müşahidə olunmuş kütləvi yoluxmalar təkrar qeydə alınmaqdadır. Avqustun 5-dən sonra mən qaydaların yumşaldılmasının tərəfdarıyam. Ancaq burada hər bir vətəndaşımızdan ciddi məsuliyyət tələb olunur. Birinci yumşalmalardan sonra buraxılan səhvləri təkrar etməməliyik. Koronavirusla birgə yaşamağı, bir növ həyat tərzinə çevirməyi bacarmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*