backend

Salyanda arvadını bıçaqlayandan sonra özünü yandıran şəxs öldü - YENİLƏNİB

Salyanda həyat yoldaşını bıçaqlayandan sonra özünü yandıran ər ölüb. 

KONKRET.az-ın məlumatına görə, Məcid Kərimov xəstəxanada keçinib.

***

Salyanda qadın əri tərəfindən bıçaqlanıb.

KONKRET.az-ın məlumatına görə, rayonun Kürsəngi kənd sakini, 1994-cü il təvəllüdlü Kərimova Aysel Vahid qızı qarın nahiyəsinin çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.

Onun həyat yoldaşı,1988-ci təvəllüdlü Məcid Kərimov tərəfindən bıçaqlandığı bildirilir. Qeyd edilir ki, ər həyat yoldaşını bıçaqlayandan sonra özünü yandırıb. M.Kərimov ağır yanıq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*