Saniya Muratova deputat səlahiyyətlərindən məhrum edildibackend

Saniya Muratova deputat səlahiyyətlərindən məhrum edildi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın Aktobe şəhər məclisinin deputatı Saniya Muratova sürücülük vəsiqəsindən və deputat səlahiyyətlərindən məhrum edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, 53 yaşlı Aktobe məclisinin deputatı Saniya Muratova yaxın 6 ay ərzində avtomobil idarə edə bilməyəcək. Sentyabrın 25-də İnzibati Xətalar üzrə rayonlararası ixtisaslaşdırılmış məhkəmədə onun barəsində olan işə baxılıb.

Məlumatda bildirilir ki, “5 sentyabr 2023-cü il tarixdə səhər saat 7 radələrində Moldaqulova küçəsi ilə Sankibəy Batır prospektinin kəsişməsində vətəndaş Saniya Muratova 6 zolaqlı yolda qoşa xətti keçib. Bununla bağlı protokol tərtib edilib. Saniya Muratova qanun pozuntusu ilə razılaşıb və protokolu imzalayıb”, – deyə məhkəmədə iştirak edən Aktobe polis şöbəsinin patrul inspektoru Musirep Janbolatulı bildirib.

Qeyd edək ki, bundan əvvəl də bu ilin sentyabr ayında deputat Muratovanın iki dəfə yol hərəkəti qaydalarını pozduğu bildirilirdi. Sentyabrın 20-də deputatın sərxoş halda avtomobil idarə etdiyi qeydə alınıb. Bu fakta gəlincə, məhkəmə hələ işə baxmayıb.

Məlum olduğu kimi, Saniyyə Muratova deputat səlahiyyətlərindən məhrum edilib. Aktobe məclisinin sədri Anar Darjanovanın sözlərinə görə, sessiyanın iclasında Aktobe məclisinin deputatları Saniya Muratovanın deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı Aktobe ərazi seçki komissiyasının (MSK) təklifinə baxıblar. Təklif deputatlar tərəfindən dəstəklənib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*