Şarl de Qollun oğlu Parisdə 102 yaşında vəfat edibbackend

Şarl de Qollun oğlu Parisdə 102 yaşında vəfat edib

General Şarl de Qollun oğlu, keçmiş fransız senatoru Filip de Qoll Parisdə vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri yazır.

Filipp de Qollun oğlu atasının son iki ildə olduğu “Əlillər evində” çərşənbə gecəsi vəfat etdiyini bildirib.

Filipp de Qollun 102 yaşı var idi. O, 1921-ci ildə Parisdə anadan olub və Şarl de Qollun böyük oğlu olub. O, bütün həyatını hərbi və siyasi karyeraya həsr edib.

Le Monde qeyd edir ki, Fransa Hərbi Dəniz Qüvvələrində admiral kimi görkəmli karyerasına başlayan Filipp de Qoll həyatının çox hissəsini atası Şarl de Qollun kölgəsində keçirib. Qeyd edək ki, Şarl de Qoll İkinci Dünya Müharibəsi zamanı Fransa müqavimətinin lideri, Beşinci Fransa Respublikasının qurucusu və prezidenti olub

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*