Kasım-Jomart Tokayev İlham Əliyevi təbrik edibbackend

Kasım-Jomart Tokayev İlham Əliyevi təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı həmkarı İlham Əliyevi təbrik məktubu ünvanlayıb.

KONKRET.az məktubu təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi və bütün həmvətənlərinizi Müstəqillik Günü münasibətilə Qazaxıstan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan suveren inkişafı illərində dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi inkişafda və dünya arenasında nüfuzunun artırılmasında böyük uğurlar qazanıb.

Şübhəsiz ki, Sizin güclü və müdrik rəhbərliyinizlə qardaş Azərbaycan xalqı davamlı iqtisadi artımın təmin edilməsində və regional güc kimi potensialının möhkəmləndirilməsində yüksək məqsədlərə uğurla nail olacaq.

Qazax xalqı əbədi dostluq və qarşılıqlı hörmət strategiyasına daim sadiq qalır və onu dəstəkləyir, Azərbaycanın nailiyyətlərinə səmimi-qəlbdən sevinir.

Biz strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin gələcəkdə də inkişafına müstəsna əhəmiyyət veririk.

Əminəm ki, yüksək səviyyədə fəal və etimada əsaslanan siyasi dialoq Qazaxıstan-Azərbaycan çoxtərəfli əməkdaşlığının xalqlarımızın əsas maraqları naminə yeni zirvələrə yüksəlməsinə bundan sonra da kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*