Dövlət Sərhəd Xidmətinin əsgəri Ramin Cəbrayılov ölüb.
KONKRET.az unikal.az-a istinadla xəbər verir ki, bu barədə əsgərin yaxınları sosial şəbəkədə paylaşım edib.
Mərhum iyul ayında hərbi xidmətdən tərxis olacaqdı.
Qeyd edək ki, R.Cəbrayılov Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib.
