Şəbnəm Tovuzluya Türkiyədə ev bağışlandı: Qiyməti 160 min dollar…backend

Şəbnəm Tovuzluya Türkiyədə ev bağışlandı: Qiyməti 160 min dollar...

Müğənni Şəbnəm Tovuzluya Türkiyənin Ortaköy ərazisində 160 min dollar qiyməti olan mənzil bağışlanıb. 

KONKRET.az xəbər verir ki, bu barədə müğənni “ARB”də yayımlanan “Həmin Zaur” verilişində deyib.

“Mənə Türkiyədə 2 milyonluq ev verilməyib. Heç mən bunu qəbul da etmərəm. Axısqa türklərindən olan biznes qadını Gülnarə xanım ailəvi dostumuzdur. İstanbulda 3-4 evi var. Mənə Ortaköydə beşmərtəbələrin beşinci mərtəbəsində ev bağışlamaq istədi. 63-65 kvadratmetrlik evdir, 160 min dollar qiyməti var. Mən isə dedim ki, eybi yox, məndən ilkin ödəniş alma, amma hər ay sənə 10-20 min dollar ödəniş edərəm. Evi ancaq belə qəbul edə bilərəm. Gülnarə xanım atama maşın hədiyyə edən xanımdır. O bilir ki, heç vaxt belə hədiyyələrin altında qalası xanım deyiləm. Gözü tox insanam. Hər kəs bilir ki, jesti kimə necə edir. Təbii ki, arzumdur, İstanbulda bir evim olsun”, – o bildirib./pravdaaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*