Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib – YENİLƏNİB – CANLIbackend

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib - YENİLƏNİB - CANLI

Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

KONKRET.az xəbər verir ki, dəfndən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, havaya yaylım atəşi açılıb.

Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, müdafiə nazirinin müavini Kərim Vəliyev, şəhidimizin yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

Dəfn mərasimi ilə əlaqədar İkinci Şəhidlər xiyabanında izdiham yaşanır.

***

10:55

Şəhid Orxan Əsgərovla vida mərasimi başlayıb.

KONKRET.az xəbər verir ki, mərasim mərhumun yaşadığı evin həyətində keçirilir.

Vida mərasimində mərhumun yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

***

09:19

Azərbaycanın İranda yerləşən səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilir.

KONKRET.az xəbər verir ki, vida mərasimi Orxan Əsgərovun evində keçirilir.

Mərasimdə şəhidin yaxınları, həmkarları iştirak edir.

Orxan Əsgərovun cənazəsinin yaxın saatlarda evinə gətiriləcəyi, daha sonra dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılması gözlənilir.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*