Şəki Xan Sarayı ən çox iyunda qonaq-qaralı olubbackend

Şəki Xan Sarayı ən çox iyunda qonaq-qaralı olub

Bu ilin ilk 8 ayında Şəki Xan Sarayını ziyarət edən turistlərin statistikası açıqlanıb.

Konkret.az bildirir ki, Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, birinci yarım ildə Şəki Xan Sarayına gedən turistlərin sayı 75 937 nəfər olub:

“İlk ayda gələn turistlərin sayı isə 51 949 nəfər təşkil edib. 6 aydakı ziyarətçilərin 23 102 nəfərini xaricilər, 15 729 nəfərini yerli turistlər təşkil edib. Həmçinin ziyarətçilərdən 11 459 nəfəri şagirdlər, 1659 nəfəri tələbələr olub”.

K.Quluzadə bildirib ki, sarayın ən çox ziyarətçi qəbul etdiyi ay iyun olub:

“Bu ay gələn turistlərin sayı 23 871 nəfərdir. İyul-avqust aylarında bura gələnlərin sayı isə 23 988 nəfər təşkil edib”.

Xatırladaq ki, saraya giriş böyüklər üçün 2 manat, şagirdlər üçün 0.20 qəpik, tələbələr üçün 0.40 qəpikdir.

Qeyd edək ki, baş vermiş bədbəxt hadisə ilə əlaqədar iyulun 14-dən avqustun 9-dək saraya giriş qadağan olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*