Şəmsəddin Xanbabayev YAP-ın rayon təşkilatının sədri vəzifəsindən istefa verdi? – AÇIQLAMAbackend

Şəmsəddin Xanbabayev YAP-ın rayon təşkilatının sədri vəzifəsindən istefa verdi? - AÇIQLAMA

Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatına rəhbərlik edən Şəmsəddin Xanbabayevin yeni vəzifəsindən də istefa verdiyi barədə xəbər yayılıb. Məlumatı dəqiqləşdirmək YAP-ın rayon təşkilatının yeni sədri ilə əlaqə saxladıq. Şəmsəddin Xanbabayev KONKRET.az-a açıqlamasında bildirdi ki, deyilənlərin heç bir əsası yoxdur: “Hazırda YAP-ın rayon təşkilatının binasının təmiri ilə bağlı işlərlə məşğuluq. Belə şayiələr həqiqətəuyğun deyil”.

Qeyd edək ki, YAP-ın saytında hələ də rayon təşkilatının sədri kimi Nazim Ağayevin adı göstərilir. Xəbəri digər mənbədə də dəqiqləşrimək üçün KONKRET.az-ın zənglərinə Nazim Ağayev cavab verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*