Ermənistanda baş verən son hadisələr geniş müzakirə mövzusudur. Tarix boyu Azərrbaycan mahnılarından bəhrələnənlər indi bir mahnının şokundan hələ də özlərinə gələ bilməyiblər. Azərbaycanın folklor nümunələrini oğurlayan toplum zaman-zaman onları erməni xalqının sənət nümunəsi kimi təqdim edib. İndi isə İrəvanda “Qarabağ” mahnısının səsləndirilməsi ermənilərin “çestinə” dəyib. Bəs bunun səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, bu onlar özlərini ari irqə mənsub xalq hesab edirlər:
“Elə bilirlər ki, regionda ən yaxşı folklor nümunələri onlara məxsusdur. Amma hər kəsə bəllidir ki, onlar azərbaycanlılıarın və türklərin folklorunu oğurlayıb və özününküləşdirblər. Azərbaycan mahnılarından geniş istifadə edən, musuqilərimizə sahib çıxmağa çalışan ermənilər hətta adlarımıza da yiyələniblər. Onların adlarına və soyadlarına diqqət etsəniz, bütün bunlar aydın olar. Camalyan, Aslanyan, Tanırverdiyan, Kərəmyan… Belə misalları çox çəkə bilərəm. İndi onlardan soruşmaq lazımdır, erməni adı Vartan, Karapet Sərkis olduğu halda, Camalla Aslan nə vaxtdan erməni adı oldu? Yaxud Kərəmlə Tanırverdinin erməniyə nə aidiyyatı var? Təkcə bunlarla bitmir. Belə nümunələr yüzlərlədir. Onlar yüz illərdir mahnılarımıza da yiyələniblər. Sonra Azrəbaycan əraziləri hesabına dövlət qurdublar. Nəzərə alın ki, bu millət yazıq xalqdır. Bütün tarixi saxtadır və oğurluqla özlərinə folklor nümunələri toplayıblar. Azərbaycan mətbəxinə də əl atıblar. Burunlarını soxmadıqları yer qalmayıb. Ona görə burunları tez-tez əzilir.”
Vəli Həsənoğlu,
KONKRET.az