Ermənistanın Baş naziri Rusiya ilə razılığa gələ bilmir.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Beniamin Matevosyan erməni mediasına müsahibəsində bildirib.
“Bütün digər mənfi məqamlarla yanaşı, 9 noyabr bəyanatında müəyyən təhlükəsizlik elementləri var. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan öz şəxsi maraqlarından çıxış edərək, Rusiya tərəfi ilə razılaşa bilmir. O, sülh müqaviləsi imzalanandan sonra da öz mövqeyini davam etdirəcək, ona görə də xarici siyasət vektorunu tamamilə dəyişməyə çalışır.
“Oktyabrın sonunda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşündən sonra Brüsseldə yeni görüş baş tuta bilər. Ermənistan tərəfi Rusiyanın Teleqram kanallarında dərc olunan sənədi təkzib etmədiyi üçün bu, belədir. Mümkündür ki, bütün bundan irəli gələn nəticələrlə sülh sazişi imzalansın”, – Matevosyan deyib.
O bildirib ki, Ermənistan hakimiyyəti bir imza ilə Qarabağı tamamilə Azərbaycanın ixtiyarına verməyə çalışır.
“Ermənistan tərəfinin böyük ehtimalla Qərbin vasitəçiliyi ilə imzalayacağı sənəddə nə Qarabağ erməniləri, nə də Ermənistan üçün təhlükəsizlik təminatları var. Sənədi imzaladıqdan sonra yeni müharibəyə çox yaxın olacağıq”, – deyə ekspert əlavə edib.
Rusiyanın Teleqram kanallarında Ermənistanın Baş nazirinin ailəsinə məxsus mediada sülh müqaviləsi imzalanması barədə sənəd dərc edildikdən sonra Rusiya Ermənistanın düşməni elan edilib.
“Bütün problemlər Ermənistanla bağlıdır. Rusiya faktoru odur ki, Rusiya Azərbaycan tanklarının köməyi ilə Ermənistanın suverenliyini boğmağa çalışır və guya Ermənistanın İttifaq dövlətinə daxil olmasına şərait yaradır.
Ermənistan lideri çox yaxşı bilir ki, dəhlizdə müəyyən hadisələr onun şəxsiyyəti ilə bağlıdır. Çünki ona inam yoxdur. Ona görə də Rusiya tərəfi israr edir ki, 9 noyabr tarixli sənəddə yazılanların hamısı baş verməlidir. Yəni yolun Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında olması və bu, dəhliz deyil, yoldur. Azərbaycanlılar rüsum ödəməli olacaqlar”, – deyə Matevosyan qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
