“Sentyabrın 13-də Azərbaycan Ordusu Ermənistanın 50 mövqeyini nəzarətə götürüb” – Ohanyanbackend

"Sentyabrın 13-də Azərbaycan Ordusu Ermənistanın 50 mövqeyini nəzarətə götürüb" - Ohanyan

Sentyabrın 12-13-də Azərbaycan Ordusu Ermənistanın 50 mövqeyini nəzarətə götürüb.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan telekanalına müsahibəsində keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. O bildirib ki, sentyabrın 13-də Azərbaycan hərbçiləri sərhəddə eskalasiya zamanı 50 postu götürüblər.

Qeyd edək ki, oktyabrın 22-də Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının sədri Seyran Ohanyan, deputatlar Qeqam Manukyan, Artur Xaçatryan, Argişti Gevorqyan və Qarnik Danielyan Tavuş vilayətinə səfər edib, burada sakinlərlə görüşüblər.

“Mən orduya rəhbərlik etmişəm və nizam-intizamın nə olduğunu bilirəm. İndi görün onlar (Azərbaycan Ordusu – red.) necə geyinirlər, nə yeyirlər, kim nə istəyir, bütün bunlar onların orduya münasibətini göstərir”, – deyə Ohanyan jurnalistlərə bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*