SEPAH İraqda kürd bazalarını vurdubackend

SEPAH İraqda kürd bazalarını vurdu

SEPAH İraqın Süleymaniyyə yaxınlığında kürd silahlı qruplaşmalarının qərargahına PUA-larla hücum edib.

KONKRET.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.

Yerli mənbələr də İraq Kürdüstan Bölgəsinin Süleymaniyyə əyalətində, Qayvan yaxınlığındakı kürd silahlı qruplaşmalarının qərargahının hədəfə alındığını və ərazidə atəş səsləri eşidildiyini bildiriblər.

Dövlət mediası Süleymaniyyə üzərində SEPAH-a məxsus “Şahid 149” pilotsuz təyyarəsinin uçduğu haqda məlumat yayıb.

Mümkün dağıntılar, insan tələfatı və yaralılar barədə açıqlama verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*