Serbiya prezidenti Ərdoğandan KÖMƏK İSTƏDİbackend

Serbiya prezidenti Ərdoğandan KÖMƏK İSTƏDİ

Serbiya prezidenti Aleksandr Vuçiç Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bölgədə sülhün sabitləşməsi üçün dəstək istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü Serbiya liderinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Prezident Ərdoğan Kosovo və Metohiyadakı mövcud vəziyyətlə maraqlanıb və prezident Vuçiç ona serblərə qarşı zorakılığın artmasına səbəb olan hadisələrin xronologiyası ilə bağlı məlumat verib. O, həmçinin Türkiyə dövlət başçısından regionda sülh və sabitliyi qorumaq üçün ölkəsinin nüfuzundan istifadə etməyi xahiş edib, – deyə Vuçiçin mətbuat xidməti söhbətin təfərrüatlarını verir.

“Prezident Vuçiç prezident Ərdoğanı Serbiyaya səfərə dəvət edib”, – məlumatda deyilir. Serbiya tərəfi bildirir ki, Vuçiç Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək, “ona ölkəni inkişaf yolunda uğurlar arzulayıb”. “Bu münasibətlə prezident Vuçiç qeyd edib ki, Türkiyə Serbiya üçün təkcə ikitərəfli əsasda deyil, həm də beynəlxalq siyasi arenada son dərəcə vacib tərəfdaşdır”, – Belqrad qeyd edir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*